- settings
- add
- remove
- tonality
- refresh

20.05.2019
“Avropa Sənin Üçün” sərgisində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin stendi qurulub
May ayının 21-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının 10 yaşı münasibətilə Mingəçevir şəhərində “Avropa Sənin Üçün” sərgisi təşkil olunub. Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi də Mingəçevir şəhərində keçirilən sərgidə təmsil olunub.
Sərgi zamanı Avropa ölkələrinin mədəniyyətini, adət-ənənələrini əks etdirən müxtəlif guşələr, Avropada könüllülük, təhsil, düşərgələr, mübadilə proqramları və digər imkanlar haqqında informasiya almaq üçün təhsil stendləri də qurulub.
“Avropa Sənin Üçün” sərgisində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin stendi vasitəsilə insanlara inklüziv təhsil anlayışı, sosial və iqtisadi faydaları, eləcə də hüquqi əsasları haqqında məlumatları özündə əks etdirən maarifləndirici bukletlər paylanılıb, layihə çərçivəsində görülən işlər və tədbirlər haqqında insanlara geniş məlumat verilib.